Meyvə-tərəvəz ixracı 13 faizdən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 438,5 milyon ABŞ dolları dəyərində 435 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7,4 faiz, həcmi isə 13,5 faiz artıb.

Cari ilin iyul ayına nisbətdə isə avqustda meyvə-tərəvəzin ixrac dəyəri 22,7 faiz azalaraq 38,4 milyon dollar, həcmi isə 20,9 faiz azalaraq 38 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 8 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,8 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,84 faizə bərabər olub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib 21 oktyabr Bakıda Avropa…
►►►
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►