AZPROMO “Business Meeting 2023” tədbirində təmsil olunub

İndoneziyada keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələrimizin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi üçün yaratdığı imkanlar müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 38-ci İndoneziya Ticarət Sərgisinin (TEI) təbliğatı məqsədi ilə İndoneziyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində təmsil olunub.

Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi ölkəsinin Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir oktyabr ayında Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.

Qeyd edək ki, 18-22 oktyabr tarixində keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən....

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar vahid məkanda....

Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər Cari ilin I…
►►►
İqtisadiyyat / Biznes

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST”…
►►►