Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi

Türkiyəli sənətçi, mahnıları ilə qəlblərə yol tapan tapan Ferhat Göçer 22 sentyabrda Bakıda konsert proqramı ilə çıxış edib.

Anadolu Events – in təşkilatşılığı, ilə baş tutan gecəyə Heydər Əliyev Sarayı ev sahibliyi edib. 2 saat davam edən musiqili proqramda, o, bir-birindən çox sevilən mahnılarını ifa edərək sevənlərinə xoş anlar yaşadıb. “Yıllarım Gitdi”, “Kalb kalbe karşı”, “Ayrılsak ölürüz biz” və digər hitləri böyük alqışla qarşılanıb.

Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran ifaçı son zamanlarda Qarabağda baş verən hadisələrəndən təsirləndiyini bildirib və şəhid ailələrinə başsağlığı verib. Türkiyə və türk xalqı olaraq daim Azərbaycanın yanında olduğunu, qələbənin hər zaman Azərbaycana məxsusluğunu dilə gətirib.

Konsert sırasında da yüksək hiss-həyəcanla Qarabağın hər bir qarışının Azərbaycanın əvəzolunmaz torpağı olmasını və heç bir qüvvənin onu ala bilməyəcəyini vurğulayan Göçer “Qarabağ Azərbaycandır, Can Qarabağ” deyərək ifasına davam edib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►