“Sənayenin inkişafına dəstək” müsabiqəsi davam edir

Sahibkarlığın İnkişafı Fondunun (SİF) sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən keçirdiyi “Sənayenin inkişafına dəstək” adlı müsabiqə davam edir.

Fonddan verilən məlumata görə, müsabiqədə yalnız SİF-lə əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.

Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Müsabiqəyə müraciətlərin qəbulu 20 dekabr 2023-cü il tarixinədək davam edəcək.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►