ChatGPT artıq görə, eşidə və danışa biləcək

ChatGPT-dən daha aydın cavab almaq üçün ona şəkillər göndərə biləcəksiniz. Məsələn, velosiped oturacağını aşağı endirmək üçün ondan kömək ala bilərsiniz.

Bu yenilik çatbot ilə qarşılıqlı əlaqənin tezliklə növbəti səviyyəyə keçəcəyini göstərir. Yeni funksiyalar önümüzdəki 2 həftə ərzində istifadəyə veriləcək. Bu sayədə ChatGPT istifadəçiləri mobil proqramlarında (iOS və Android) qarşılıqlı səsli danışa və platformadakı söhbətlərə vizual əlavə edə biləcəklər. Yeniliklərdən ilk olaraq Plus və Enterprise istifadəçiləri yararlana biləcək.

Yeniliklə birgə qarşılıqlı səsli ünsiyyət qurmaq mümkün olacaq.

Səsli ünsiyyət üçün 5 fərqli səs növünün təklif ediləcəyi bildirilib. Lakin hələ ki, hansı dillərin dəstəklənəcəyi barədə konkret açıqlama verilməyib.

Sevinc Miralızadə

Əlaqədar məqalələr
Elm / Texnologiya

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək Şirkət forumda ən…
►►►
Elm / Texnologiya

“Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib

“Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə…
►►►
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►