“Aztelekom” MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

“Aztelekom” MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.

“Aztelekom” Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və  genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.

“Aztelekom” işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin 9 ayı ərzində  Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.  Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş....

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş məlumatlarının satışı haqqında elanların…
►►►
Elm / Texnologiya

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya aşkarlanıb

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə!

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə! SİMA yeni nəsil rəqəmsal vergi…
►►►