“Bir səfərin izi ilə”: AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib

Azərbaycanlı səyyah Azər Qərib Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmininin təqdimatını keçirib. Təqdimat oktyabrın 4-də Nizami kinoteatrında baş tutub.

Bu maraqlı layihə bizi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

Filmin ideya müəllifi, tanınmış jurnalist Azər Qərib Ümummilli liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.

Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub saxlanmasına yönəlmiş “Azərbaycan Hava Yolları” aviaşirkətinin dəstəyi sayəsində reallaşıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Əməkdar rəssam Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 9–26 oktyabr 2025

Əməkdar rəssam Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 9–26…
►►►
İncəsənət / Dəb

Vyanada sərgi açılışı baş tutub

 Oktyabrın 2-də Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam…
►►►