Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov oktyabrın 27-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►