“AzerGold” QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib

Qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyükhəcmli ixrac əməliyyatlarını həyata keçirib. Belə ki, QSC cari ilin sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüşün satışına nail olub. Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” QSC fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.

2023-cü ilin yanvar-sentyabr aylarında isə QSC tərəfindən 38.3 min unsiya qızılın hasilatı, 36.4 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 6%, qızıl ixracı planı isə 30% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə4.4% daha artıq hədəfdir.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə hasilat və ixrac göstəriciləri
 2022-ci il2023-cü ilÖtən ilin ilk 9 ayı ilə müqayisəCari ilin ilk 9 aylıq planı ilə müqayisə
Qızıl hasilatı42,731 Oz38,341 Oz10%↓6%↑
Gümüş hasilatı139,908 Oz89,437 Oz36%↓33%↑
Qızıl ixracı39,079 Oz36,384 Oz7%↓30%↑
Gümüş ixracı116,561 Oz77,355 Oz34%↓45%↑
Qızılın ixrac dəyəri120,686,024 AZN119,129,023 AZN1%↓56%↑
Gümüşün ixrac dəyəri4,291,367 AZN3,123,720 AZN27%↓91%↑
Cəmi ixrac gəliri124,977,391 AZN122,252,743 AZN2%↓57%↑

Daxili bazarda isə cari ilin ilk 9 ayı ərzində qızıl və gümüş satışından əldə edilən gəlir 15 milyon 825 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88% artım deməkdir.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə daxili bazar satışları
 2022-ci il2023-cü ilÖtən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın daxili bazar satışı2,394 Oz4,316 Oz80%↑
Gümüşün daxili bazar satışı7,526 Oz23,653 Oz214%↑
Qızılın daxili bazar satış gəliri8,078,655 AZN14,836,180 AZN84%↑
Gümüşün daxili bazar satış gələri318,199 AZN988,958 AZN211%↑
Daxili bazar satışı üzrə cəmi gəlir8,396,854 AZN15,825,138 AZN88%↑

Ümumi satış gəlirlərinə gəldikdə, ilk 9 ay üzrə QSC-nin ümumi satış göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə cəmi satış gəlirləri
 2022-ci il2023-cü ilÖtən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri128,764,679 AZN133,965,203 AZN4%↑
Gümüşün cəmi satış gəliri4,609,567 AZN4,112,679 AZN11%↓
Cəmi gəlir133,374,246 AZN138,077,882 AZN4%

Cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

  2022-ci ilin hasilat, ixrac, daxili bazar satışları və 2023-cü ilin hasilat, ixrac, daxili bazar satışı planları
 2022-ci ilin faktiki göstəriciləri2023-cü ilin planı2022-ci ilin faktı ilə 2023-cü ilin planının müqayisəsi
Qızıl hasilatı62,060 Oz62,500 Oz1%↑
Gümüş hasilatı223,059 Oz108,259 Oz51%↓
Qızıl ixracı59,892 Oz62,500 Oz4.4%↑
Gümüş ixracı193,536 Oz108,259 Oz44%↓
Qızılın daxili bazar satışı3,584 Oz5,684 Oz58.6%↑
Gümüşün daxili bazar satışı14,301 Oz23,670 Oz65.5%↑

Qeyd edək ki, 1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.