Azərbaycanda yeni üzüm sortları təqdim olunacaq

11 oktyabr tarixində Bakıda yeni süfrə üzüm sortları təqdim olunacaq.

Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, təqdimat çərçivəsində 10 üzüm sortu üzrə məhsulların dequstasiyası keçiriləcək, bu sortlardan salınan bağların bazar üstünlükləri, yetişdirmə xüsusiyyətləri haqqında geniş məlumat veriləcək.

Mərkəzdən bildirilib ki, təqdim olunacaq xəstəliklərə davamlı, çəyirdəksiz, tez və gec yetişən ağ və qara üzüm sortlarına dünya bazarında çox yüksək tələbat mövcuddur.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ölkə üzrə 15,8 min hektar sahədə üzüm əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir. Hesabat dövründə əkin sahələrindən 73,6 min ton məhsul yığılıb.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Xocalıda qadın fermerlərin bilik....

Xocalıda qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Xankəndi şəhərində Aqrar Biznes Festivalı....

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycan "Anuga 2025" sərgisində iştirak edir

Azərbaycan “Anuga 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları…
►►►