Növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, hərrac rəqabətli keçib. Belə ki, “Nissan Teana” markalı avtomobilin start qiyməti 6500 manat olsa da, son təklif 16500 manata yüksəlib. Start qiyməti 7500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14000 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36359i linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərrac oktyabr ayının 17, 24 və 31-i tarixlərində keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 54 nəqliyyat vasitəsi çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►