Azərkosmos və “Bayanat” şirkəti arasında Coğrafi İnformasiya Sistemlərinin inkişafına dair müqavilə imzalanıb

Müqaviləyə əsasən, hər iki tərəf coğrafi informasiya sistemləri üzrə birgə əməkdaşlıq edəcək. Bura məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə dair potensial layihələr və imkanların təşviq edilməsi, geoməkan məlumatları və onların texniki imkanları, təcrübə və bilik mübadiləsi daxildir. Həmçinin Azərkosmos tərəfindən “Bayanat” şirkətinə məxsus geoməkan məlumat platformasının 1 il ərzində istifadəsi nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.

Eyni zamanda “Bayanat” şirkəti tərəfindən Azərbaycanda xüsusilə coğrafi informasiya sistemləri üzrə mütəxəssislər və istifadəçilər üçün süni intellekt, geoməkan məlumatlarının toplanması növü olan “Synthetic Aperture Radar” (SAR) texnologiyası, coğrafi informasiya sistemləri və məsafədən müşahidə həlləri üzrə təlim keçiriləcək.

Qeyd edək ki, “Bayanat” şirkəti 40 ildən artıqdır ki, Yaxın Şərq və onun hüdudlarından kənarda yüksək keyfiyyətli coğrafi məlumat, geoməkan və süni intellektlə işləyən məlumat analitikası təqdim edir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

SpaceX, Tesla və xAI şirkətləri birləşə bilər

SpaceX, Tesla və xAI şirkətləri birləşə bilər Technote.az “TechCrunch” platformasına…
►►►
Elm / Texnologiya

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində....

“Ookla” Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi…
►►►
Elm / Texnologiya

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►