İqtisadiyyat Nazirliyində beynəlxalq qurumların nümayəndələri ilə görüş keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşüb.

Tərəflər İƏİT və Dünya Bankının “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihəsi, dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi və bu istiqamətdə görülən tədbirlər, korporativ idarəetmənin təkmilləşdirilməsi və bu xüsusda digər islahat prioritetləri barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►