Banka səfər etmə, səfirlik arayışını Yelo App vasitəsilə sifariş et

Yelo Bank-ın çoxfunksiyalı mobil tətbiqi hər keçən gün imkanlarını genişləndirməyə davam edir. Bu dəfə Yelo App vasitəsilə filiala gəlmədən hesab barəsində məlumatları onlayn sifariş edib, daha sonra isə səfirliyə təqdim etmək mümkündür. Bunun üçün Yelo App-in “Əlavələr” bölməsindən və ya istənilən kart və ya hesabın daxili menyusunda “Səfirliyə arayış” seçmək lazımdır. Burada lazım olan məlumatları doldurub, sifarişi tamamladıqdan sonra arayış 1 iş günü ərzində kuryer vasitəsilə olduğun yerə çatdırılacaq.

Yelo Bank daim innovativ yenilikləri ilə müştərilərin həyatını asanlaşdırmağa çalışır. Xüsusilə, Yelo App filiallarda həyata keçirilən bir sıra bank xidmətlərini özündə cəmləşdirir. Tətbiq vasitəsilə 2 dəqiqədən az vaxt sərf etməklə kart, kredit sifariş edə, həm ölkədaxili, həm də ölkəxaricinə pul köçürmələri, kommunal, parkinq, dövlət və bir sıra ödənişləri anında həyata keçirmək mümkündür. Bundan əlavə, Yelo App ilə telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçilərə asanlıqla pul göndərmək və ya ondan pul qəbul etmək funksiyaları da aktivdir. Yelo App yükləmək üçün: https://bit.ly/ylmbltb

Bank xidmətləri, eləcə də ƏDV geri al ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►