Kapital Bank 2023-cü ilin III rübünün nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2023-cü il tarixinə 8.5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4 milyard manat olub.

1 oktyabr 2023-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.5 milyard  manat təşkil edib.

Bankın 1 oktyabr 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 792 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.