“İnternational” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

18 oktyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2007021028 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 13 investor tərəfindən 13 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13 % , faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,000,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 18.04.2025-ci ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib Ölkənin birinci…
►►►
İqtisadiyyat / Biznes

“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək 300-dən çox şirkəti bir araya…
►►►
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►