Birbank-ın yeni QR-kodla ödəniş üsulu 3% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank  tətbiqinin  “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 3% keşbek qazana bilərlər.

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: https://bir.bank/bbchqr.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►