Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Birləşmiş Ərəb Əmirliklərin Dubay və Abu-Dabi şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 10-15 dekabr 2023-cü il
İxrac missiyasının əhatə etdiyi sahələr:

Qida və içki sənayesi

XİFMN üzrə məhsulun koduMəhsulun adı
07Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları
08Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları
09Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar
1509zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən
1601009100kolbasalar, quru və ya pastayaoxşar, çiy
1604Hazır və ya konservləşdirilmiş balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri
17Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
1806Şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları
19Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları
20Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları
21Müxtəlif ərzaq məhsulları
2201Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar 
2202Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 17 noyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;    
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 3 noyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 24)
E-mail: samira.mammadova@azpromo.gov.az

Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 30)
Mob.: (+994 55) 604 25 44
E-mail: kanan.muzaffarli@azpromo.gov.az