Ağıllı ev: rahatlıq, təhlükəsizlik, enerji səmərəliliyi

“INOHOM” şirkəti tərəfindən təklif olunan ağıllı ev sistemi sakinləri rahatlıq, təhlükəsizlik və enerji səmərəliliyi ilə təmin etmək üçün nəzərdə tutulub. Sistem internetə qoşulmuş idarəetmə paneli, simsiz sensorlu divar açarları, icraçı qurğular və panel tipli sayğaclar ilə təchiz edilmişdir.

“INOHOM” ağıllı ev sistemi müxtəlif funksiyalara malikdir: istilik və soyutma sistemlərinin avtomatik tənzimlənməsi, işıqlandırmaya nəzarət, təhlükəsizlik və ev kinoteatrı sistemləri, qapı kilidləri, daxili rabitə sistemləri, multimedia sistemləri, elektron cihazlar və məişət texnikasının uzaqdan idarə edilməsi.

“İnşaat” beynəlxalq sərgisində həm tikinti şirkətlərinə, həm də memarlıq dizayn firmalarına tərəfdaşlıq təklif edirik. Məqsədimiz Azərbaycanda bütün evlərin “ağıllı” olmasına nail olmaqdır. Müştərilər bilməlidirlər ki, təqdim etdiyimiz sistem münasib qiymətlər və satışdan sonrakı xidmətin mövcudluğu ilə rahat və əlçatandır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya aşkarlanıb

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə!

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə! SİMA yeni nəsil rəqəmsal vergi…
►►►
Elm / Texnologiya

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" ....

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd…
►►►