Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək

Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası – “Qaradağ” GES istismara veriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası zamanı çıxış edərkən deyib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bərpa olunan enerjinin inkişafı sahəsində əldə olunan nailiyyətlər və perspektivlərdən danışıb.

Həmçinin bildirilib ki, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı üzrə işlər davam etdirilir, müvafiq sahədə müntəzəm monitorinqlər aparılır. Naxçıvanın da ölkə başçısı tərəfindən “yaşıl enerji” zonası elan olunduğu qeyd edilərək, muxtar respublikada bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını da özündə ehtiva edən 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafa dair dövlət proqramının icrasından danışılıb. Eyni zamanda, “yaşıl enerji”nin Avropaya ixracı istiqamətində işlərin davam etdirildiyi bildirilib.

İclasda bərpa olunan enerji layihələri üçün dənizdə ərazilərin ayrılması, imzalanması nəzərdə tutulan sənədlər, yeni güclərin şəbəkəyə inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►