Red Bull Car Park Drift yarışının qalibi müəyyən oldu

Dövlət Bayrağı Meydanının dayanacağında artıq ikinci ildir ki, keçirilən “Red Bull Car Park Drift” yarışının qalibi müəyyən oldu.

17 nəfər iştirakçı arasından 11 nömrə altında yarışan avtomobilin sürücüsü Niyaz Bədiyev Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift”ın Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Qətərə yola düşəcək. Həmçinin 2-ci, 3-cü və 4-cü yerlərin qalibi müvafiq olaraq Adil Axundov, Pərviz Əzizov və Fərid Quliyev olub.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı çempionatın qalibi seçilib.

Qeyd edək ki, iştirakçılar yalnız driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkələrindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.

Xatırladaq ki, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də iştirakçılara dəstək olaraq tədbirdə iştirak edib. Yarışın xüsusi qonağı olan HİSS ləqəbiylə tanınan müğənni Röya Məmmədova da tədbirdə iştirak edib. O, yeni trekini səsləndirib. “Red Bull Car Park Drift” yarışı “Castrol” avtomobil yağlarının, Mazda Azərbaycanın, Bakı Olimpiya stadionun və Turbo.az-ın dəstəyi ilə keçirilib.

Əlaqədar məqalələr
Book CafeBoys & Toys

Kvars yoxsa mexaniki saatlar ?

Kvars yoxsa mexaniki saatlar ? Əsas fərqlər Kvars saatları mikroçipdən və batareyadan…
►►►
Boys & ToysCity Life

Red Bull yağlı dirək yarışı ilk dəfə Bakıda

Red Bull yağlı dirək yarışı ilk dəfə Bakıda 22 iyul tarixində, Pirallahıda yerləşən…
►►►
Boys & Toys

Çimərlik futbolu üzrə Dünya Çempionatı-2027 Bakıda keçirilə bilər

Çimərlik futbolu üzrə Dünya Çempionatı-2027 Bakıda keçirilə bilər Gənclər və İdman…
►►►