Alter Ego – nun daha güclü təzahürü

Rolls-Royce Motor Cars Baku 27 yanvar tarixində Black Badge Spectre modelini Azərbaycanda ilk dəfə olaraq media tədbiri çərçivəsində təqdim etmişdir. Müştərilər isə rəsmi debütü növbəti axşam keçirilən eksklüziv tədbirdə qeyd ediblər.

«2016-cı ildə keçirilən Black Badge modelinin ilk debütündən etibarən Rolls-Royce-un alter egosu Azərbaycanda yeni müştərilər cəlb etmiş və regionda on ildən artıq müddətdə yeganə diler kimi davamlı uğurumuza töhfə vermişdir», — deyə Improtex Motors və Rolls-Royce Motor Cars Baku-nun Vitse-Prezidenti xanım Günel Ələkbərova bildirib.

Günel Ələkbərova
Improtex Group Vitse-Prezidenti

«Ghost, Cullinan və onların Black Badge versiyaları müştərilər arasında böyük maraq doğurur. İki il əvvəl Spectre modelinin təqdimatı, bu gün isə onun alter egosunu öz vətənimizdə salamlayacağımıza görə çox həyəcanlıyıq» – deyə vurğulayıb. 

Hər baxımdan Black Badge Spectre Rolls-Royce-un ən güclü və cəsarətli təcəssümüdür — bu isə modelə maraq göstərən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.

Rolls-Royce müştəriləri yalnız ən incə sənətkarlıqla hazırlanmış məhsulları və kompromissiz təcrübələri qəbul edirlər; Black Badge müştəriləri isə daha kəskin xarakter və onların dünyasını, eləcə də fərdi hekayəsini əks etdirən münasibət tələb edirlər.

Rolls-Royce Motor Cars şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann şərh edib:
«Black Badge Spectre debütu ilə  , Spectre modelinin ona xas olan səssiz, yüngül, lakin güclü sürücülük təcrübəsi ilə qeyri-adi impulsu davam edəcək».
O vurğulayıb: «Hər mənada Black Badge Spectre ilk növbədə Rolls-Royce-dur, yalnız bundan sonra isə elektrik avtomobilidir».

Bu fəlsəfənin müştərilərin avtomobillərindən real şəraitdə necə istifadə etdiyini dəqiq əks etdirməsi üçün bir qrup Rolls-Royce Black Badge sahibi mühəndislərə öz anonimləşdirilmiş sürücülük məlumatlarına çıxış imkanı vermişdir. Bu, güc ötürücü sistem üzrə mütəxəssislərə yüz minlərlə ümumi mil üzrə sürücülük davranışını kəmiyyət baxımından təhlil etməyə imkan yaratmışdır. Nəticələr göstərmişdir ki, müştərilər maksimal gücdən uzunmüddətli istifadə etməkdənsə, onu daha çox qısa impulslar şəklində tətbiq edirlər.

Black Badge Spectre dörd rəqəmli fırlanma anı göstəricisini (1075 Nm) və rekord səviyyədə 485kVt (659a.g.) gücü təmin edə bilir.
Bu isə Black Badge Spectre-ni tarixdəki ən güclü Rolls-Royce edir.

 DAHA EMOSİONAL SÜRÜCÜLÜK TƏCRÜBƏSİ

Black Badge Spectre üçün güclü impuls partlayışları konsepsiyası iki güc ötürücü innovasiyası ilə aşırı həddə çatdırılmışdır. Bu funksiyaların tarixi nümunəsi mövcuddur:

əfsanəvi Rolls-Royce Merlin mühərriki ilə təchiz olunmuş Supermarine Spitfire kimi təyyarələrdə pilotlar qaz sektorunda yerləşən açarı basmaqla əlavə güc impulsu əldə edirdilər . 

Birinci innovasiya Black Badge Rolls-Royce-u simvolizə edən sonsuzluq işarəsinə həsr olunmuş unikal “Infinity Mode” rejimidir.
Sükan üzərindəki Infinity ∞ düyməsi basıldıqda, 485kVt (659a.g.) gücün tam həcmi istifadəyə verilir və sürücüyə daha birbaşa qaz pedalı reaksiyası təqdim olunur.

Black Badge Spectre həmçinin Spirited Mode rejimi ilə təchiz olunub ki, bu da sürücüyə intensiv və ani sürətlənmə impulsunu hiss etməyə imkan verir.
Bu rejimdə fırlanma anı müvəqqəti olaraq simvolik 1075 Nm səviyyəsinə yüksəldilir.

Black Badge dizaynı – qaranlıqla zənginləşdirilmiş estetika deməkdir. 

Əvvəlki bütün Black Badge modellərində olduğu kimi, Black Badge Spectre də güzgü parıltılı dekorativ elementlərin imza xarakterli tünd işləməsi ilə təqdim olunur və bu, onun noir xarakterini vurğulayır. Bura, məsələn, markanın əlamətdar Parthenon barmaqlığının çərçivəsi, Spirit of Ecstasy fiquru və ikiqat “R” Şərəf Nişanı daxildir.

Müasir sənətkarlıq texnologiyalarına sadiqliyini davam etdirən Rolls-Royce, Black Badge Spectre-nin işıqlandırılmış radiator barmaqlığını gücləndirən və daha da vurğulayan unikal xüsusiyyət hazırlamışdır. Avtomobil üçün yeni işıqlandırılmış barmaqlıq arxa paneli tətbiq edilmişdir ki, bu da müştərilərə seçilmiş eksteryer rəngini bu yeni səthə keçirməyə və ya kuzov xətti və ya interyeri tamamlayan unikal vurğu yaratmağa imkan verir.

Black Badge Spectre salonuna daxil olan andan etibarən onun unikal xarakteri cəsarətli interyer tərtibatı vasitəsilə dərhal hiss olunur. Illuminated Fascia panelindəki naxış — Spirit of Ecstasy fiqurunun abstrakt ifadəsi — indi Black Badge ailəsi boyunca istifadə olunan sonsuzluq simvolunu özündə birləşdirir.

Sonsuz gücün ifadəsi olan bu emblem bir vaxtlar tarixi su sürət rekordlarını qeyd etmiş və adrenalin öncüllərinin etibar etdiyi nişan olmuşdur. Panel Piano Black “səma” fonunda müxtəlif ölçü və intensivlikdə 5 500-dən çox “ulduz”dan ibarətdir.

Black Badge Infinity simvolu avtomobilin digər hissələrində də istifadə olunmuş və arxa oturacaqları ayıran dəri “Waterfall” bölməsinə tikilmişdir.

Black Badge Spectre-nin cihaz göstəriciləri rəng mövzusu seçimi ilə fərdiləşdirilə bilər ki, bu da müştərilərə SPIRIT əməliyyat sistemi vasitəsilə avtomobil daxilində fiziki və rəqəmsal səthləri uyğunlaşdırmağa imkan verir.

Bu lüks rəqəmsal arxitektura həmçinin doldurma vəziyyəti kimi uzaqdan funksiyalara və markanın eksklüziv rəqəmsal üzvlər klubu olan Whispers-ə çıxış imkanı yaradır.

Frank Tiemann
Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru

Frank Tiemann vurğulayıb: «Mühəndislərimiz Black Badge modeli üzrə dərin şəxsi təcrübələrini, məlumat elmini və fərqli müştəri rəylərini birləşdirərək intensiv və kompromissiz xarakter yaratdılar — brendimizin gücləndirilmiş alter egosunu!»

Bu ayın əvvəlində Azərbaycan və Mərkəzi Asiyada yeganə diler olan Rolls-Royce Motor Cars Baku 2025-ci il üzrə əlamətdar uğurlarını açıqlamışdır.

Bespoke sifarişləri rekord səviyyəyə çatmış, o cümlədən dünyada cəmi 25 ədəd istehsal olunan Phantom Centenary Private Collection avtomobillərindən biri Zaqafqaziya regionundakı müştəriyə təqdim edilmişdir. Müştərilərə təhvil verilən avtomobillərin ümumi sayı 2014-cü ildə dilerin açılışından etibarən ən yüksək göstəricini təşkil etmişdir. İl ərzində diler Özbəkistan və Gürcüstanda müştəri tədbirləri, həmçinin Bakının mərkəzində yerləşən salonunda eksklüziv tədbirlər keçirmişdir.

ROLLS-ROYCE MOTOR CARS BAKU
Azərbaycanda yeganə Rolls-Royce dileri Bakının tam mərkəzində, Ə. Əlizadə küçəsi 5 ünvanında yerləşir.

www.rolls-roycemotorcars.az
Instagram: @rollsroycecarsbaku

2014-cü ildə fəaliyyətə başlamış, 2018-ci ildə isə dünya üzrə 130 Rolls-Royce dileri arasında seçilərək satış dinamikasına görə nüfuzlu “Global Dealer of the Year” mükafatına layiq görülmüşdür.

Əlaqədar məqalələr
Boys & Toys

Rolls-Royce Motors Cars Baku yeni şourumun təntənəli açılışını Cullinan II Seriyanın debütü ilə qeyd edir

Rolls-Royce Motors Cars Baku yeni şourumun təntənəli açılışını Cullinan II Seriyanın…
►►►
Boys & Toys

Red Bull Car Park Drift yarışının qalibi müəyyən oldu

Red Bull Car Park Drift yarışının qalibi müəyyən oldu Dövlət Bayrağı Meydanının…
►►►
Book CafeBoys & Toys

Kvars yoxsa mexaniki saatlar ?

Kvars yoxsa mexaniki saatlar ? Əsas fərqlər Kvars saatları mikroçipdən və batareyadan…
►►►