Kimya sənayesi üzrə istehsal dəyəri 8 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkənin kimya sənayesi sahəsində 1 156,2 milyon manat dəyərində məhsullar istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8 faiz və ya 92,5 milyon manat üstələyir.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ümumilikdə cari ilin ilk 9 ayında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 647,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6 faiz, əczaçılıq məhsullarının istehsalı isə 2,9 faiz artıb. Kimya sənayesi məhsullarından polietilen istehsalı 32,2 faiz, etilen istehsalı 30,2 faiz, propen (propilen) istehsalı 24,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,1 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,2 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 9,4 faiz artıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►