“Kaspersky” şirkəti “SoftwareReviews” tərəfindən son cihazların qorunması həlləri bazarında lider elan edilib
“Kaspersky” korporativ proqram təminatı bazarı haqqında istehlakçıların fikirlərini bir araya gətirən “SoftwareReviews” platforması tərəfindən “Data Quadrant Awards” mükafatına layiq görülüb. Şirkət son cihazların mühafizəsi üzrə məhsul istehsalçıları arasında “Lider” (Leader) statusunu əldə edib. “Kaspersky Security for Business” həlli istifadəçi rəylərinə əsasən 97 bal alaraq “Net Emotional Footprint” (Ümumi Emosional İz) mükafatını qazanıb.
“SoftwareReviews” tərəfindən tərtib edilən reytinqlər istifadəçilər arasında məhsullara və təchizatçılara, yəni İT mütəxəssislərinə və biznesə qarşı ümumi münasibəti əks etdirir.
Nəticələr 2023-cü ilin avqustunda “Endpoint Protection Data Quadrant Report” icmalında açıqlanıb. Burada, həmçinin, müştəri dəstəyi, istifadəçi təcrübəsi və məhsulun təkmilləşdirilməsi səylərinə görə “Kaspersky Security for Business” həlli yüksək qiymətlər əldə edib. Üstəlik, müştərilərin 90%-i həlli başqasına tövsiyə edəcəklərini bildiriblər.
“Kaspersky Security for Business” biznes üçün əsas təhlükə olan fidyə proqramlarından avtomatik qorunma təmin edir. Bunun üçün maşın öyrənmə texnologiyalarına, eləcə də dünyanın hər yerindən toplanmış təhlükə məlumatlarına əsaslanan çoxqatlı yanaşmadan istifadə edilir. Həll fayl əsaslı və ya faylsız hücumlar, istismarlar, “rootkit”lər və bir çox digər risklərlə mübarizə aparmağa kömək edir, beləliklə müştərilərin öz bizneslərinin təhlükəsizliyinə arxayın olmasını təmin edir.
“Şirkətimiz təşkilatları kibertəhlükələrdən daha etibarlı müdafiə etmək üçün məhsullarını daim təkmilləşdirir. Bunu müntəzəm olaraq beynəlxalq reytinqlərdə tutduğumuz lider mövqelər təsdiqləyir. ‘Kaspersky Security for Business’ həlli geniş yayılmış təhdidlərə qarşı hərtərəfli son nöqtə qorunmasını təmin edir və hədəfli hücumlara qarşı mübarizə üçün qabaqcıl həllər təqdim edir. Müştərilərin bizim həllərimizi seçməsi və tövsiyə etməsini yüksək qiymətləndiririk – bu, bizim işimizə verilən ən yaxşı mükafatdır”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
“SoftwareReviews” hər il İT mütəxəssislərinin və biznes nümayəndələrinin rəyləri əsasında ən yaxşı proqram təminatçılarına “Data Quadrant” mükafatlarını təqdim edir. Qiymətləndirmə meyarlarına məhsulun xüsusiyyətləri və proqramın texniki imkanları, müştərilərin həlli tövsiyə etmək istəyi və şirkətlərin müştərilərlə ünsiyyət təcrübəsi daxildir. Bu ballar məhsuldan istifadənin ümumi təcrübəsini əks etdirən “Net Emosional Footprint” mükafatını təsis etmək üçün istifadə olunur. “Data Quadrant” mükafatını əldə etmiş həlləri əks etdirən siyahıda onların nisbi sıralamasını və təsnifatını görmək olar. Nəşr edilmiş reytinqlər real son istifadəçilərdən toplanır və diqqətlə yoxlanılır.
“Kaspersky Security for Business” həlli haqqında buradan ətraflı öyrənə bilərsiniz.
“SoftwareReviews” və proqram təchizatçılarının icmalları haqqında daha ətraflı məlumatı buradan oxumaq olar.
“Kaspersky” haqqında
“Kaspersky” 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi və rəqəmsal məxfilik sahəsində çalışan beynəlxalq bir şirkətdir. Şirkətin texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçini və 220 min korporativ müştərini qoruyur. Şirkət həmçinin “KasperskyOS” mikroçəyirdək əməliyyat sisteminə əsaslanan və “özək” təhlükəsizliyi təmin edən kiberimmun həllər yaradır.
“SoftwareReviews” haqqında
“SoftwareReviews” müştərilər və korporativ proqram bazarı haqqında haqqında hərtərəfli məlumat mənbəyidir. “SoftwareReviews”un metodologiyası İT mütəxəssisləri və biznes nümayəndələrindən istifadəçi məlumatlarının toplanmasına əsaslanaraq müştərilərin müəssisələr üçün nəzərdə tutulan proqramı necə satın alması və qiymətləndirməsi barədə ətraflı və etibarlı məlumatlar təqdim edir.