“Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri Borsa İstanbulda  işgüzar səfərdə olmuşdur

Borsa İstanbulun dəvəti ilə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov 26-27 oktyabr 2023-cü il tarixlərində İstanbulda işgüzar səfərdə olmuşdur.

Səfər zamanı cənab Fərid Axundov Borsa İstanbul, MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və Takas İstanbul (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirmişdir. Görüş zamanı həm Borsa İstanbul, həm də digər qurumlarla “Bakı Fond Birjası” QSC arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilmişdir. ”Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri, cənab Axundov Borsa İstanbulun 150 illik yubileyinə həsr olunmuş, “Azərpoçt” MMC tərəfindən xüsusi buraxılışla çap edilmiş poçt markasını həmin qurumun rəhbərliyinə təqdim etmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►