“Bifistim” yeni bioloji aktiv əlavələr

Alina Maksimova
“Sotex” SC-nin ixrac şöbəsinin assistenti

Rusiyanın əczaçılıq şirkəti “Sotex” bu sahədə şirkətlər arasında liderdir. Öz istehsal sahəmiz var. Zavodumuz 2005-ci ildə beynəlxalq standartın bütün tələblərinə cavab verməklə Moskva vilayətində açılıb. Avropa və Rusiya səviyyəli bir neçə GMP sertifikatımız var. Həkimlərin hər bir xəstənin müalicəsinə fərdi yanaşması və fərdi müalicə rejimini təyin etməsi üçün məhsul xəttimizə müxtəlif bağlama, qablaşdırma və dozada 150-dən çox adda dərman daxildir. Qızdırmanı, üşütməni və baş ağrısını aradan qaldıran soyuqdəymə əleyhinə “Anvimax” preparatı onlar arasında liderlik təşkil edir. Bu il “Medinex” sərgisinə yeni “Bifistim” xətti ilə gəlmişik. Bunlar tərkibində bifidobakteriyalar və laktobakteriyalar, saxaromisetlər olan bioloji aktiv əlavələrdir. “Bifistim” bağırsaq mikroflorasını bərpa etməyə, həzmi normallaşdırmağa kömək edir. Məhsul xətti genişdir və hər yaşa uyğundur. Eləcə də, məhsul xəttinə tərkibində bir neçə növ bakteriya olan “Bifistim Forte” və “Bifistim Denta” preparatları daxildir.

Sərgidə ilk dəfə iştirak etmirik. Şirkətimiz Azərbaycanla əməkdaşlıq edir, burada tərəfdaşlarımız var. Buna baxmayaraq, dərman preparatlarımızı tanıtmaq və Azərbaycanda əməkdaşlıq formalarını genişləndirmək üçün əlaqələr qurmaqda maraqlıyıq.

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir addım

Tbilisidə diş implantasiyası: Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir…
►►►
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►