Tibbi tullantıların təhlükəsiz utilizasiyası

“BT Techno Service” zəhərli tibbi tullantıların təhlükəsiz toplanması, daşınması və utilizasiyası sahəsində liderdir. Biz bu yaxınlarda fəaliyyətə başlamışıq və öz imkanlarımızı nümayiş etdirmək üçün sərginin imkanlarından istifadə etmək istəyirik. Şirkətimiz utilizasiya sahəsində ölkəmizdə qəbul edilmiş bütün standartlara cavab verən ən müasir texnologiyaları tətbiq edir. Tibb müəssisələrinin tullantıların toplanması, daşınması və utilizasiyasının bütün mərhələlərini izləyə biləcəyi xüsusi proqram hazırlamışıq. Fövqəladə Hallar Nazirliyində zəhərli tullantılarla təhlükəsiz iş üzrə tam təlim kursu keçmiş şirkət əməkdaşları təhlükəsizliyə tam zəmanət verən xüsusi uniformadan istifadə edirlər.

Kəmalə Məsimova
“BT Techno Service” şirkətinin direktoru

Tibbi tullantıların utilizasiyası böyük problemdir və bütün standartlara və təhlükəsizlik tədbirlərinə riayət edilməsini tələb edən çox çətin prosesdir. “Bəzilərini sağaldaraq, başqalarına zərər verməyin” şüarımız məhz ona əsaslanır ki, düzgün utilizasiya vətəndaşların təhlükəsizliyi və sağlamlığı, ətraf mühitin qorunması üçün son dərəcə vacibdir.

“Medinex” sərgisində ilk dəfədir ki, iştirak edirik. Özümüzü səhiyyə sahəsinin spesifik sektoru kimi tanıtmağımız vacibdir. Hesab edirəm ki, sərgi bunun üçün daha yaxşı imkanlar yaradır. Bizim əsas istehlakçılarımız tibb müəssisələri -xəstəxanalar, poliklinikalar, laboratoriyalar, estetik klinikalardır. Onların nümayəndələrinə fəaliyyətimiz haqqında tam həcmdə məlumat veririk və proqramımızı təqdim edirik. Sərginin ilk günündə keçirilən maraqlı görüşlər tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və müştərilərin sayının artmasına ümid verir.

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►
Sağlamlıq / Gözəllik

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı Yelo Bank-ın artıq üçüncü ildir ki…
►►►