“Medinex” sərgisi bir daha tibb mütəxəssislərinin diqqətini çəkdi

“Medinex” sərgisinə məni tibb sənayesinin yenilikləri ilə tanış olmaq istəyi gətirdi. Mən cərraham və məni ilk növbədə cərrahi avadanlıqlar, alətlər və yeni texnologiyalar və müalicə üsulları maraqlandırırdı. Xüsusilə bipolyar təkrar istifadə edilə bilən laparoskopik alətlər diqqətimi çəkdi. Ümidvaram ki, gələcəkdə müəssisəmiz bu məhsulları alacaq və biz onu işimizdə tətbiq edəcəyik.

Feyruz Verdiyev
Binəqədi Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri

Mən həmçinin sərginin işgüzar proqramında, kardiologiya üzrə paneldə məmnuniyyətlə iştirak etdim. Özüm kardioloq olmasam da, Rəşad Məmmədovun, İlqar Tahiroğlunun və başqalarının çıxışlarını böyük maraqla dinlədim və bir çox yeni şeylər öyrəndim. Azərbaycanda bir uşağın eyni vaxtda ürəyindən və qaraciyərindən əməliyyat olunması faktını yalnız indi öyrəndim və bu cür mürəkkəb əməliyyatların azərbaycanlı cərrahlar tərəfindən həyata keçirilməsi məni çox sevindirdi.

“Medinex” sərgisi keçirilməsinin vacibliyini bir daha göstərdi. Daim yenilənən məlumatları müxtəlif mənbələr vasitəsilə əldə etmək həmişə mümkün olmur. Sərgidə bütün lazımi məlumatlar vahid məkanda – stendlərdə, panel müzakirələrində, həmkarlar ilə peşəkar ünsiyyətdə toplanır. Canlı ünsiyyət sərgilərin digər ünsiyyət vasitələrindən mübahisəsiz üstünlüyüdür.

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir addım

Tbilisidə diş implantasiyası: Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir…
►►►
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►