“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

4 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 600,000 (altı yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

7 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 600,000 (altı yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəri    Hərrac tarixiİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2016020284Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar200 (ədəd)1,000 manat  07.11.202312%5 il (1 il –360 gün)Hər ayda (1 ay -30 gün) bir dəfə
AZ2015020285Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar200 (ədəd)1,000 manat  07.11.202312%5 il (1 il –360 gün)Hər ayda (1 ay -30 gün) bir dəfə
AZ2014020286Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar200 (ədəd)1,000 manat  07.11.202312%5 il (1 il –360 gün)Hər ayda (1 ay -30 gün) bir dəfə

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı Birbank…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi Yelo Bank kənd təsərrüfatı sektorunun…
►►►
İqtisadiyyat / Biznes

Belçika nümayəndə heyəti ilə görüş keçirilib

Belçika nümayəndə heyəti ilə görüş keçirilib Görüş zamanı tərəflər arasında…
►►►