“Bank Respublika” ASC-nin səhmləri listinqə alınmışdır

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital  İnvestisiya Şirkəti” QSC-dir.

Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal DəyəriYerləşdirmə  forması  Abunə yazılışının müddətiAnderrayter
AZ1002002884Adi adlı  sənədsiz  səhm204 082 (ədəd)  2,45 manat  Abunə yazılışı  20.11.2023-30.11.2023“ Paşa Kapital  İnvestisiya Şirkəti” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►
İqtisadiyyat / Biznes

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək Azərbaycan ilə Serbiya arasında…
►►►