Mərkəzi Bankın ehtiyatları 17 faizədək artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 16,8 faiz artaraq 10,5 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hesabat dövründə valyuta hərraclarının 99 faizində təklif tələbi üstələyib.

“Bu dövrdə valyuta bazarında məzənnə sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank 1248 milyon dollar həcmində alışyönlü müdaxilə edib. Banklararası REPO faizlərinin artıq Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini böyük nailiyyət kimi qeyd etmək olar. Belə ki, oktyabrda 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8,38 faiz olmaqla dəhlizin daxilində formalaşıb. Bu o deməkdir ki, banklararası qısamüddətli pul bazarında faizlər faiz dəhlizinin dəyişiminə reaksiya verir”, – T.Kazımov qeyd edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Dövlət satınalmalarında orta iştirakçı sayı 6 faizədək artıb

Dövlət satınalmalarında orta iştirakçı sayı 6 faizədək artıb Bu ilin yanvar-iyul…
►►►
İqtisadiyyat / Biznes

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı ABB müştərilərin…
►►►
İqtisadiyyat / Biznes

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir 2025-ci ilin iyul ayının…
►►►