SOCAR prezidenti Venesuelanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

13 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında enerji sektorunda qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat verilib, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəflərindən bəhs edilib.

Görüş çərçivəsində SOCAR ilə Venesuela şirkətləri arasında neft-qaz sektorunda əməkdaşlıq, karbohidrogen ehtiyatların işlənməsi, habelə dekarbonizasiya və kadrların hazırlanması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►