Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

20 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8640 gün, nominal dəyəri 1,000 manat olan AZ2078008680 ISIN-li, 50,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 17 iyul 2047-ci ildir. Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►