12-ci Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Dekabrın 8-də Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Moskvada 12-ci Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plenar iclasın, tematik dəyirmi masaların və işgüzar sessiyanın keçirilməsi planlaşdırılır.

Azərbaycan sahibkarları Rusiya-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqə:
Gülxas Nəsirova
Tel.: (+994 12) 598 01 47 (daxili – 3644)
E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►