Film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi keçirilib

Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.

Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
Seçim Komissiyası və Ekspert şurasının yekun iclası 28 noyabr tarixində keçiriləcək.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi…
►►►
İncəsənət / Dəb

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi Şirkət…
►►►
İncəsənət / Dəb

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub Azərbaycan Respublikası…
►►►