Bakı Limanı ilə daşınan metal məhsullarının həcmində artım var

Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Limanı vasitəsilə 327 min tondan çox metal və metal məhsulu daşınıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq göstəricisini 55 faiz üstələyir.

Əsasən Qazaxıstandan Bakı Limanına gətirilən metal və metal məhsulları Azərbaycandan tranzit keçməklə Türkiyə və İtaliya, Almaniya, Polşa kimi bir sıra Avropa ölkələrinə tədarük edilir.

Gəmi vasitəsi ilə Bakı Limanına gətirilən metal məhsulları operativ formada boşaldılır və əsasən TIR-lara yüklənərək son təyinat ölkəsinə yola salınır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►