Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğulluğa ilk addım” layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğulluğa ilk addım” layihəsinə start verilib.

Layihənin məqsədi tələbələri Agentliyin fəaliyyət istiqamətləri ilə tanış etmək, onlara qrup halında karyera məsləhəti xidmətinin göstərilməsi və tələbə bazasının yaradılmasıdır.

Layihə çərçivəsində ilk görüş Qərbi Kaspi Universitetinin sosial iş ixtisası üzrə təhsil alan 1-ci və 4-cü kurs tələbələri ilə olub. Belə ki, tələbələrin Bakı Regional Məşğulluq filialına ekskursiyası təşkil edilib.

Tələbələrə Filialın fəaliyyəti, əsas proseslər, karyera məsləhətçilərinin işi və digər istiqamətlər üzrə məlumatlar verilib. Sosial iş ixtisasının əmək bazarında yeri, tələb və təkliflərlə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►