Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

7  dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2189024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,475.9784 (7.9%) manat və 9,494.8728 (7.6%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

23,490,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,475.9784 (7.9%) manat, orta ölçülmüş qiyməti isə 9,480.8295(7.82%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.08.2024-cü ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Kart balansını yoxlamaq, kartı…
►►►
İqtisadiyyat / Biznes

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub “AzerGold” QSC Şuşa…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol İnvestisiya etmək artıq maliyyə…
►►►