TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə Bəyannaməsi qəbul edilib

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iclasın gündəliyində duran rəqəmsal infrastrukturun inkişafı, kibertəhlükəsizlik və elektron hökumət kimi bir sıra məsələlər ətraflı müzakirə edilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək rəqəmsal transformasiyanın Azərbaycan hökumətinin gündəliyində duran prioritet məsələlərdən biri olduğunu bildirib. Nazir müavini ölkədə innovasiya, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması ilə əlaqədar aparılan işlər, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndlərin qurulması, elektron hökumət, elektron imza, hökumət buludu və kibertəhlükəsizlik istiqamətlərində aparılan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Görüşün yekununda TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə Bəyannamə qəbul edilib.

Xatırladaq ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanan Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan təşkilatın ilk 4 təsisçi ölkəsindən biridir və hazırda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə yanaşı təşkilatın üzvüdür.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►