Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2079008689 ISIN-li, 50,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3,25 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil etmişdir. İstiqrazların  ödəmə tarixi 29 avqust 2043-cü ildir. Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub “AzerGold” QSC Şuşa…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol İnvestisiya etmək artıq maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı!

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı! Yelo Bank-dan ilk…
►►►