AZPROMO və DEİK arasında görüş keçirilib

Görüşdə iki ölkənin işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirib.

Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev və DEİK-in Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Kamal Koloğlu ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, bu istiqamətində görülən işlər, birgə tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələləri müzakirə ediblər. Belə ki, tərəflər arasında bu ilin dekabr ayında Bakıda Azərbaycan-Türkiyə İnvestisiya və Maliyyə Forumunun, 2024-cü ildə AZPROMO tərəfindən Türkiyəyə ixrac missiyasının, həmçinin “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili, eləcə də gələcəkdə Azərbaycan-Türkiyə regionlararası forumunun keçirilməsi imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub “AzerGold” QSC Şuşa…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol İnvestisiya etmək artıq maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı!

Yelo Bank-da ilk müraciətə özəl endirimli kredit kampaniyası uzadıldı! Yelo Bank-dan ilk…
►►►