Kolumbiya səfiri AZPROMO-da olub

Kolumbiya şirkətlərinin Azərbaycanda fəaliyyəti və iki ölkə arasında ticarət mübadiləsinin aktivləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən  “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, eləcə də Azərbaycanın investisiya imkanları və ticarət tərəfdaşları haqqında məlumat verib. Bildirilib ki, AZPROMO müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil etməklə analoji qurumların funksiyalarından kənara çıxır. Bununla yanaşı, AZPROMO-nun Kolumbiyanın turizm sektorunu, investisiyalarını və qeyri-ənənəvi ixracını təşviq edən PROCOLOMBIA qurumu ilə əməkdaşlıq əlaqələri vurğulanıb.

Səfir Luis Fernando Kuartas Ayala ölkələr arasında siyasi əlaqələri qeyd edərək, Kolumbiya şirkətlərinin, həmçinin ölkəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəliklərinin Azərbaycan iqtisadiyyatında fəaliyyətinin təşkilinin potensial perspektivləri haqqında danışıb. Qeyd edilib ki, Kolumbiyadan Azərbaycana qəhvə, gül və əczaçılıq məhsullarının ixracı hazırda maraq doğuran məsələlərdəndir. Bu müstəvidə tərəflər arasında məlumat mübadiləsinin aparılması və ölkələrimizdə fəaliyyət göstərən sahibkarların AZPROMO tərəfindən əlaqələndirmə işlərinə dəstəyin göstərilməsinə dair razılıq əldə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►