ABB-nin dəstəyi ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə müraciət davam edir
EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 5-ci dəfə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinə artıq 20 iştirakçı müraciət edib. Müsabiqəyə müraciət qəbulu davam edir. İştirak etmək istəyən sahibkarlar ərizələrini 29 dekabra qədər müsabiqə komitəsinə təqdim edə bilərlər.
“EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Milli müsabiqənin qalibi 2024-cü ilin martında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək “EY Dünya Üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB ilə yanaşı, bp şirkəti və “Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi verir.
Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi “İmpact” jurnalı, “Finansist jurnalı” və APFM də var. Müsabiqə barədə daha ətraflı buradan öyrənmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.