Şurup istehsalında 6-7 dəfə artım planlaşdırılır

Azərbaycanda məişətdə istifadə olunan şurup istehsalı ilə məşğul olan yeganə şirkət – “AR Metiz” aylıq istehsal gücünü 6-7 dəfə artıraraq 300-400 tona çatdırmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “AR Metiz” şirkətinin direktoru Adil Məmmədov deyib.

Onun sözlərinə görə, zavodun aylıq istehsal gücü 50 tona yaxındır. Hazırda zavod tam istehsal gücü ilə işləyir: “Ölkəyə xaricdən də şurup idxal edilir. Buna görə Azərbaycanın şurupa olan tələbatı tam olaraq bizim şirkətin məhsulları hesabına ödənilmir. Hazırda daxili tələbatın 10 faizini ödəyirik”.

A.Məmmədov qeyd edib ki, məhsullarını Gürcüstan, Rusiya və Türkiyəyə ixrac etməyi nəzərdə tuturlar. İxracın növbəti illərdə reallaşdırılması planlaşdırılır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►