“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.

“Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir.

Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini  təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►