Bank VTB (Azərbaycan) Xırdalanda məlumat stendi istifadəyə verdi

VTB (Azərbaycan) Xırdalan şəhərində yeni formatlı məlumat stendi istifadəyə verdi. İndi fiziki şəxslər bankın məhsul və xidmətləri üzrə bankın mütəxəssislərindən ala biləcəklər. Məkanın ərazisində 24 saat fəaliyyət göstərən bankomat da quraşdırılıb.

Bankın məlumat stendi Bizim Market (Qalubiyyə küçəsi 3/14) supermarketinin ərazisində yerləşir.

«Bu il biz məhsullarımızın əlçatanlığının artırılmasına böyük diqqət yetirdik və banka getmədən kredit almaq və sənədləri imzalamaq imkanını bazara təqdim etdik. Biz Bakıdan kənarda da fəaliyyət şəbəkəmizi genişləndirmişik. Xırdalandakı məlumat stendimiz müştərilərə bankımızın məhsul və xidmətləri barədə qərar qəbul etmələrinə kömək edəcək. Bundan əlavə, 2024-cü ildə şəbəkəmizi regional səviyyədə genişləndirməyi və Gəncə şəhərində yeni filialımızı açmağı planlaşdırırıq», – deyə VTB Bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru, idarə heyətinin üzvü Yevgeni Borodin şərh etdi.

Bu gün ölkəmizdə VTB-nin 5 filialı və 30-dan çox bankomatı fəaliyyət göstərir. Bankın məhsul və kampaniyaları haqqında ətraflı məlumatı www.vtb.az veb saytında və ya 986 qısa nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►