Əşyaların interneti ilə bağlı lügət sisteminə dair yeni dövlət standartı qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 20924:2023 “Əşyaların interneti (IoT) – Lüğət” dövlət standartı qəbul edilib.
İnstitutdan verilən məlumata görə, əşyaların interneti fiziki cihazların, maşınların, məişət cihazlarının üzərinə quraşdırılmış elektronik elementlər, proqram təminatları, sensorlar və qəbuledicilərlə bu əşyaların bir-birinə bağlanması və verilənləri ötürməsidir. Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinin qənaətinə gətirib çıxarır.
Sözügedən standart əşyaların interneti ilə bağlı bir sıra termin və anlayışlardan ibarət olan bazanı formalaşdırır.
Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.