BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

30 dekabr, 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1,000 manat olan AZ2008021027 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 1,000.0000 (18%) manat və 1,003.0000 (17.9088%) manat olan 3 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti 1,000.0000 (18%) manat, orta ölçülmüş qiyməti isə 1,000.1576 (17.9952%) manat olaraq müəyyən edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 18 %, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,059,000 manat, yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edilmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 30.12.2028-ci ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir Bu gün Unibank bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►