Azərbaycanın qeyri-neft ixracında rekord qeydə alınıb

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 milyon ABŞ dollarından çox təşkil edib ki, bu da illik ifadədə 3,8 faizlik artım deməkdir.

Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub. Bu, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 7,9 faiz çoxdur.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi Azərbaycanın aparıcı…
►►►
Made in Azerbaijan

Nar ixracatçıları ilə görüş keçirilib

Nar ixracatçıları ilə görüş keçirilib Görüşdə nar və nar məhsullarının ixrac…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı…
►►►