Azərbaycan Qazaxıstandan qəhvə idxal edən beş əsas ölkədən biridir.

2023-cü ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, Azərbaycan Qazaxıstandan qəhvə idxal edən beş əsas ölkə sırasına daxil olub.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosunun hesabatında deyilir.

Bildirilir ki, ötən ilin ilk 10 ayında bu kateqoriyadan olan məhsullar üzrə Azərbaycana ixracın həcmi 2,6 ton təşkil edib.

Ümumilikdə hesabat dövründə qəhvə ixracının həcmi 231,6 ton təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisini 2,3 dəfə üstələyib. Qazaxıstandan ən çox qəhvəni Rusiya (195,8 ton), Qırğızıstan (17,6 ton), Özbəkistan (7,7 ton), Monqolustan (5,4 ton) və Azərbaycan (2,6 ton) alıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►